SON XƏBƏRLƏR

Astarada koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə reyd keçirilib. Bu haqda bu gün, 26 oktyabr tarixində Azərtac xəbər verir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları yoluxma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə nəzarət-profilaktiki tədbirləri aparıb. Yoxlama zamanı müəyyən olub ki, bəzi vətəndaşlar xüsusi karantin rejiminin tələblərinə laqeyd yanaşırlar. Qaydalara əməl etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən sakinlərə və mağaza əməkdaşlarına tibi maskadan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsindən danışılıb.

Aparılan nəzarət-profilaktiki tədbirlərin keçirilməsində əsas məqsəd rayon sakinlərini  COVID-19 virusundan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.