SON XƏBƏRLƏR

Astara rayonunun Şəmətük kəndində yaxın qohumunu qətlə yetirməkdə təqsirləndirilən Gülsevər Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başlayır. Bu haqda məlumatı bu gün, 26 yanvar tarixində Report verib.

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılır.

Məhkəmənin hazırlıq iclasının keçirilməsi vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2021-ci ilin oktyabr ayında 1994-cü il təvəllüdlü G.Ağayeva şəxsi münasibətlər zəminində qohumu, 1961-ci il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

G.Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.