Astarada xüsusi cihaz vasitəsilə qızıl axtarmağa cəhd göstərilib. Bu haqda bu gün, 21 aprel tarixində Cənublu.az Qafqazinfo.az-a istinadən xəbər verir.
Hadisə rayonun Hamuşam kəndində baş verib. Kənd sakinləri polisə müraciət edərək 46 yaşlı V.V. (şərti) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.V. qanunsuz əməl törətmədiyini deyərək etiraz edib.
Polislərin məcburi qaydada RPŞ-yə apardıqları şəxs barəsində inzibati protokol tərtib edilib.
Xüsusi cihazla qızıl axtaran şəxs daha sonra Astara Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.