SON XƏBƏRLƏR

Astara Rayon İcra Hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin təşəbbüsü ilə İcra Hakimiyyətinin inzibati binasında “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Tədbirdə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri və sahibkarlar iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili

və proqnozlaşdırılması şöbəsinin müdiri, “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin sədri İlqar Malıyev, rayon icra hakimiyyəti yanında “Məşğulluğa Kömək göstərən Əlaqələndirmə Komitəsi”nin üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Lənkəran-Astara Regional Məşğulluq Filialı müdirinin müavini Vüqar Xalıqov, 9 saylı Regional Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rasim Rəhimov, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Mikro və kiçik sahibkarlıq subyektlərinin monitorinqi şöbəsinin dövlət vergi müfəttişi Turan Cavadov mövzu ilə bağlı çıxış ediblər.

Tədbirdə iştirak edən sahibkarlara qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində ətraflı məlumat verilib, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılıb.

Sonda mövzu ilə əlaqədar videoçarx təqdim olunub.