SON XƏBƏRLƏR

Astara Dövlət Rəsm qalereyasının əməkdaşları Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbin kollektivi ilə birlikdə qazilərlə görüş keçirib. Bu haqda məlumat qalereyanın rəsmi Facebook səhifəsində paylaşılıb.

Tədbirdə qazilərimiz polkovnik leytenant Yaqub Süleymanov, medallarla təltif olunmuş Ceyhun Bayramov, Afiyəddin Şirinov, Samran Məmmədov, Ülvi Baxşıyev, Hüseyn Məmmədov, Zərxan Baxşıyev və İmran Həziyev iştirak ediblər. Onlar müharibənin çətin günlərindən danışıblar.

Daha sonra məktəblilər üçün vətənpərvərlik mövzusunda geniş sərgi nümayiş olunub.