SON XƏBƏRLƏR

Astara rayonunda polis əməkdaşları tərəfindən əməliyyat keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 4 rayon sakininin qanunsuz ovla məşğul olduğu müəyyən edilib. Nəticədə A.Həsənov, E.Kazımov, K.Rzayev və C.Kazımovdan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanaraq götürülüb.

Qeyd edək ki, şöbə əməkdaşları rayon ərazisində 20 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahlarını müsadirə ediblər.

Faktlarla bağlı araşdırma aparılır.

Astarada qanunsuz ov
Foto Report.az