SON XƏBƏRLƏR

Xəzər dənizinin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Report.az-a istinadən verir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Astara rayon sakinləri Zülfü Süleymanov və Coşqun Dadaşov olduqları müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.