SON XƏBƏRLƏR

Astara rayonunun Pensər kəndində yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq, bəşəriyyətin böyük bəlası sayılan narkomaniyaya qarşı mübarizəni daha da səmərəli təşkil etmək məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici görüş təşkil edilib. Bu haqda məlumat DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bu gün, 10 noyabr tarixində Cenublu.az-a verilib.

Gənclər qarşısında çıxış edən Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev bu cür görüşlərin yeniyetmə və gənclərin sağlam həyat tərzini seçmələri istiqamətində mühüm addım olduğunu qeyd edib. O, həmçinin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən narkomaniya barəsində geniş məlumat verib, gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib.

Sonra görüş iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Astara narkomaniya tədbir
DİN

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon