SON XƏBƏRLƏR

Astara rayonunun Vaqo kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda tədbir təşkil olunub. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov iştirak edib. O bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Sonra Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Mərkəzi Rayon Xəstəxanasının direktoru Oktay Əmənullayev və digərləri müzakirə olunan mövzular ətrafında çıxışlar ediblər və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat veriblər.