SON XƏBƏRLƏR

Astara şəhərində ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib. Bu haqda xəbəri Cenublu.az Report-a istinadən verir.

Xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət zamanı qanunsuzluqlar müşahidə edilib. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Həmçinin, Astara RPŞ-nin əməkdaşları tərəfindən ictimai iaşə obyektlərində də reydlər keçirilib. Ümumilikdə karantin rejim qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər