SON XƏBƏRLƏR

Astarada nişanlısını bıçaqlayan 22 yaşlı şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində Apa.az-a istinadən verir.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Mirisaq Mirvaleh oğlu Mirtalibov saxlanılıb. Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Mirisaq Mirtalibov Vətən müharibəsi iştirakçısı olub. Döyüşlər zamanı o yaralanıb və kontuziya alıb. Bunu bilən qızın ailəsi bir neçə dəfə nişanı qaytarmaq istəsə də, gənc oğlan bununla razılaşmayıb və axşam saatlarında qızın valideynlərinin evdə olmamasından istifadə edərək onlara gedib və nişanlısı Səbinə Nicat qızı Qənbərovaya 4 bıçaq zərbəsi endirib.