SON XƏBƏRLƏR

Astara dəmir yolu stansiyasında marixuana aşkar olunaraq götürülüb. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.

NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş R.Həsənov Astara Dəmir Yolu stansiyası ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.