Astara rayon Polis Şöbəsinin və Astara rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Mərkəzi kitabxananın oxu zalında “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 aprel tarixində verir.
Tədbirdə narkomaniyanın səbəb olduğu ağır fəsadlardan, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışılıb.
Çıxışlarda narkomaniyanın fəsadları, narkotik aludəçilərinin müalicə proseduru, onların yenidən cəmiyyətə inteqrasiyası, normal həyat tərzinə qayıtması üçün görüləsi vacib olan işlərdən söhbət açılıb, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyəti yüksək dəyərləndirilib.
Tədbirdə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici videoçarx izlənilib.
Sonda mövzu ilə əlaqədar sərgiyə baxış keçirilib.