SON XƏBƏRLƏR

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində məktəblilərlə “Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. Bu haqda məlumat Cenublu.az-a bu gün, 17 oktyabr tarixində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunda verilib.

Əvvəlcə tədbir iştirakçıları narkotik vasitələrin cəmiyyətdə səbəb olduğu acı nəticələr və insan orqanizminə vurduğu zərərlər barədə videoçarx izləyiblər. Çıxış edən Astara Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Ceyhun Abdulov, Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri bəşəriyyət üçün böyük bəla sayılan narkomaniyaya qarşı görülən tədbirlərin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizənin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildiriblər.

Sonra məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

DİN
DİN