SON XƏBƏRLƏR

Astara rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları reyd keçirib. Bu haqda məlumatı bu gün, 30 sentyabr tarixində Azertac verib.

Reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr, sosial məsafə və tibbi maskalardan istifadə ilə bağlı müəyyən olunmuş qaydalara riayət etməsi yoxlanılıb. Qaydaya əməl etməyən sərnişinlərlə profilaktik söhbətlər aparılıb.

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin və sərnişinlərin də gigiyenik vasitələrdən və tibbi maskalardan istifadə etməsi yoxlanılıb.

Tibbi maska istifadə etməyənlər barəsində inzibati protokollar tərtib olunub.