SON XƏBƏRLƏR

Astara rayon Pensər kənd folklor evində “2022-ci il Şuşa ili” ilə bağlı 44 günlük Vətən müharibəsi iştirakçıları ilə dəyirmi masa təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 oktyabr tarixində verir.

Müharibə iştirakçılarının və qazilərin iştirak etdiyi tədbirdə Vətən müharibəsində Zəfərin qazanılmasında Ali Baş Komandanın “Dəmir Yumruğu”nun gücü və Azərbaycan Ordusunun qüdrətindən danışılıb.

Tədbirdə Vətən müharibəsində Şuşanın strateji əhəmiyyətini diqqətə çatdıran Şuşa fatehləri Zəfərin qazanılmasında əsgərlərimizin fiziki və psixoloji döyüş hazırlığının yüksək səviyyədə olmasının xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbir çay süfrəsi arxasında maraqlı söhbətlərlə davam edib.