SON XƏBƏRLƏR

Astara rayonunun Şümrüd kənd sakini Eynəli Əzizovu öldürən şəxs saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 may tarixində Lent.az-a istinadən verir.

Belə ki, polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 27 yaşlı Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə 54 yaşlı Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.

Qeyd edək ki, E. Əzizov əvvəllər bələdiyyə sədri olub. Daha sonra isə o, Astarada yerləşən orta məktəblərin birində müəllim işləyib.

 

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman