SON XƏBƏRLƏR

Xəbər verdiyimiz kimi, Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın baş verib. Yanğınla bağlı Report əlavə məlumat yayıb.

Belə ki, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər.

Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.

Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.