SON XƏBƏRLƏR

Astara şəhərində yerləşən marketlərin birində oğurluq hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində verir.

Belə ki, oğurluq hadisəsi “Ləvəngi” bazarının qarşısında yerləşən “Oba” marketdə bu gün, səhər 10 radələrində qeydə alınıb. Şahidlərin sözlərinə görə, iki qadın marketə daxil olaraq müxtəlif ərzaqlar oğurlayıblar. Qadınlar müşahidə kameralarına düşüblər.

Hal-hazırda onların axtarışı istiqamətində işlər aparılır.