SON XƏBƏRLƏR

Astara şəhərində müasir dizaynla inşa edilmiş “Mandarinnart” hotelinin açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak edib. O, hotelin direktoru Anar Əbdülhüseyn oğlu Mahmudovla birgə açılışı bildirən lenti kəsib, hoteldə yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, butik hotel üç mərtəbədən ibarətdir və Avropa standartlarına uyğun hazırlanıb. Delyuks, lyuks və standart otaqlarda xarici ölkələrin istehsalı olan muasir mebel və avadanlıqlar quraşdırılıb. Eyni zamanda hoteldə restoran, SPA və Fitnes mərkəzi, açıq hovuz, uşaq əyləncə meydançası və yay amfiteatrı var. Hotel eyni vaxtda 120 nəfərə xidmət göstərmək imkanına malikdir. Qonaqlara milli yeməklərlə yanaşı, dünya mətbəxi nümunələri təklif edilir. Daha bir özəllik isə çörək və bütün növ şirniyyatların məhz hotelin mətbəxində hazırlanmasıdır. Həmçinin qardaş Türkiyə Respublikasından peşəkar mütəxəssis kimi dəvət olunan Mehmet Uysal hoteldə baş menecer kimi çalışmaqla yanaşı, rayondan olan xidmət personalına qonaqlara yüksək səviyyədə xidmət göstərməkdən ötrü təlimlər də keçəcək.

“Mandarinnart” hotelinin açılışı
“Mandarinnart” hotelinin açılışı
“Mandarinnart” hotelinin açılışı
“Mandarinnart” hotelinin açılışı
“Mandarinnart” hotelinin açılışı “Mandarinnart” hotelinin açılışı “Mandarinnart” hotelinin açılışı “Mandarinnart” hotelinin açılışı