SON XƏBƏRLƏR

Astarada “Erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının qarşısının alınması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbirdə Pensər kənd 2 saylı tam orta məktəb-liseyinin yuxarı sinif  şagirdləri və müəllim heyəti iştirak ediblər.

Tədbirdə iştirak edən müxtəlif yaş qruplarından olan valideynlərə, müəllimlərə, gənclərə və məktəblilərə erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükə barədə, yetkinlik yaşına çatmayanların işləri və hüquqları ilə əlaqədar müvafiq qanunlar haqqında ətraflı məlumat verilib, qeyd olunan problemlərə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb, gənclərə dəyərli tövsiyələr verilib, tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılıb.