SON XƏBƏRLƏR

Astara Rayon Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Daxili İşlər Nazirliyi, Astara Rayon Polis Şöbəsinin təşəbbüsü, Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Gənclər və İdman İdarəsi, “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə    keçirilən tədbirdə rayonun ümumtəhsil tam orta məktəblərinin IX,X,XI  sinif  şagirdləri və müəllim heyəti iştirak ediblər.

Tədbirin girişində əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsinin vacib olduğu qeyd olunub və sağlam həyat tərzinin təbliği, narkomaniyanın yaratdığı problemlər, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyin üsulları haqda danışılıb.

Tədbirin gedişində mövzularla bağlı qısametrajlı videoçarxlar izlənilib.

Yekunda mövzular ətrafında məktəbli gənclərin və gənc müəllimlərin sualları nümayəndələr tərəfindən cavablandırılıb.

Astara Rayon Gənclər və İdman idarəsi
Astara Rayon Gənclər və İdman idarəsi