Astarada şagirdlər üçün “Narkomaniya və erkən nikahlara yox deyək” mövzusunda görüş baş tutub. Bu haqda bu gün, 16 mart tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov, Astara Rayon Prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Oktay Əmənullayev və digərlərinin iştirakı ilə müzakirə olunan mövzular ətrafında çıxışlar edilmiş və narkomaniya bəlasının acı nəticələri, erkən nikahların fəsadları barədə məktəblilərə ətraflı məlumat verilmişdir. Məktəblilərin sualları dolğun cavablandırılıb.