SON XƏBƏRLƏR

Astara gəncləri “Şeyx Nizaminin təsviri” layihəsi çərçivəsində tamaşa nümayiş etdiriblər. Bu haqda Astara Gəncləri rəsmi Facebook səhifəsində paylaşılıb.

Gənclər dahi Azərbaycan şairi Nizami Gəncəvinin 5 poemasının daxil olduğu “Xəmsə” əsər toplusundan olan “Leyli və Məcnun” əsərinin bir hissəsini canlandırıblar.

Tamaşa Gənclərin İnkişafı və Karyera Mərkəzinin təşkilatçılığı və Astara Rayon Mədəniyyət Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.