SON XƏBƏRLƏR

Astarada ər arvadını və qayınanasını bıçaqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.

Hadisə rayonun Şiyəkəran kəndində yaşadıqları fərdi yaşayış evində baş verib. 32 yaşlı Fərmayil Əliyevin 28 yaşlı həyat yoldaşı Əfsanə Ramazanovanı və 53 yaşlı qayınanası Sevda Ramazanovanı bıçaqlaması nəticəsində Əfsanə Ramazanova vəfat edib.

Fərmayil Əliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cahit Bağçı
Aktual

Cənub zonasında yaşayan türk vətəndaşlarının nəzərinə

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki,