SON XƏBƏRLƏR

Astara rayon sakini özünü yandıraraq intihara cəhd göstərib. Bu haqda məlumat bu gün, 8 dekabr tarixində Report.az-da paylaşılıb.

44 yaşlı Vəfa Əliyev yaşadığı ünvanda alışdırıcı mayə vasitəsi ilə özünü yandırıb. Hadisə rayonun Bürzübənd kəndində qeydə alınıb.

Ciddi yanıq xəsarətləri alan Vəfa Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan Vəfa Əliyevi Bakı Respublika yanıq mərkəzinə göndərilib.

Ailə münaqişəsi səbəbindən baş verdiyi ehtimal olunan hadisə il bağlı araşdırma aparılır.