SON XƏBƏRLƏR

Astarada karantin rejimi qaydalarına əməl etməyən toy mərasimləri aşkar edilib. Bu haqda bu gün, 20 dekabr tarixində Report.az-da paylaşılıb.

Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtariş tədbirləri zamanı rayon ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimində karantin qaydalarına riayət edilməməsi müəyyən olub. Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində protokol tərtib olunaraq cərimə olunub.

Həmçinin, əlavə keçirilən əməliyyat zamanı Şiyəkəran kənd ərazisində, evinin həyətində karantin qaydalarına əməl edilməyən toy mərasimi aşkarlanıb. Toyun təşkilatçısı Ş.Əliyeva cərimələnib.