SON XƏBƏRLƏR

Astarada kənd təsərrüfatı məhsullarının istehsalı artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 aprel tarixində Azertac-a istinadən verir.

Belə ki, 2023-cü ilin yanvar-mart aylarında Astara rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 11.583 min manat təşkil edib. Məhsul buraxılışı, əsasən, heyvandarlıq məhsullarının istehsalı hesabına formalaşıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,9 faiz artıb.