Astara şəhərinin mərkəzində yerləşən işıq dirəyi əyilib. Bu haqda bu gün, 6 may tarixində Cenublu.az xəbər verir.
Sözügedən təhlükəli vəziyyət Həzi Aslanov küçəsində yaranıb. Yolu işıqlandırmaq məqsədilə quraşdırılan dirək aşmaq üzrədir.
Məhəllə sakinləri yaranan vəziyyətin tez bir zamanda həll olunacağına ümid edirlər.