Astarada əhalinin sıx yaşadığı kənddə yanğın hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Təngərüd kəndində baş verib. Ümumi sahəsi 220 kv.m olan evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın yerinə FHN-in əməkdaşları cəlb olunublar.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.