Astara rayon ərazisində 2 toy mərasimi zamanı karantin qayadalarının pozulduğu aşkar olunub. Bu barədə bu gün, 26 iyul Astara Rayon Polis Şöbəsinin əməkdaşları məlumat yayıb.
Aparılan yoxlama nəticəsində məlum olub ki “Maricel” və “Astara” restoranları keciriləcək toy məclisi ilə bağlı “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməyiblər. Həmçinin qonaqların sayı icazə olduğundan çox olub.
“Maricel” restoranının sahibi 4000 manat, “Astara” restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.