SON XƏBƏRLƏR

Astarada balıq kombinatından nərə balıqları oğurlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 may tarixində Qafqazinfo-ya istinadən verir.

Hadisə rayonun Qapıçıməhəllə kəndində yerləşən “Astara FİSH” MMC-yə məxsus ərazidə baş verib. Kombinat ərazisindəki hovuzdan hər birinin dəyəri 100 manat olan 200 ədəd nərə balığı naməlum şəraitdə oğurlanıb.

Şirkət rəhbərliyi hadisə ilə bağlı Astara RPŞ-yə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.