Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin Astara şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan yubiley tədbirində rayon icra başçısı Qəzənfər Ağayev geniş məruzə ilə çıxış edib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirin davamı olaraq Astara şəhər Park-bulvar kompleksində bayram konserti keçiriləcək. Tədbir səmaya 100 ədəd “Dilək şarları” buraxılması və atəşfəşanlıqla başa çatacaq.
