SON XƏBƏRLƏR

Astarada “Nə qədər ki Azərbaycan var, mən də varam” mövzusunda konfrans keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı, YAP idarə heyətinin üzvü Rəşad Mahmudov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Rayon İcra Hakimiyyətində keçirilən konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin misilsiz fəaliyyətindən bəhs edən videofilm izlənilib.

Konfransda çıxış edənlər 1993-cü ildə respublikamızın çətin sınaqlarla üz-üzə qalmasından və xilaskarı Heydər Əliyevdən danışıblar.

Həmçinin Heydər Əliyevin Astara rayonunu xüsusi diqqətdə saxlaması vurğulanıb. O, Astaranı “Cənub mirvarisi” adlandırmaqla rayona olan sevgisini həmişə qeyd edib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına YAP rayon təşkilatının fəxri fərmanları və partiya sıralarına yeni qatılanlara üzvlük vəsiqələri təqdim olunub.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.