Astara Rayon Heydər Əliyev Mərkəzində şəhər 2 nömrəli və Pensər kənd 2 nömrəli tam orta məktəblərinin şagirdləri üçün Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli qürur, iftixar mənbəyidir” mövzusunda tarix dərsi keçirilib. Bu haqda məlumatı Pensər kənd 2 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsi verib.
Tədbirin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məruzələrlə çıxış edənlər Heydər Əliyevin Azərbaycan xalqı, Vətən qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.
Sonda “Ulu öndər Heydər Əliyevin neft strategiyasından başlanan 44 günlük Zəfər yolu” filmi nümayiş olunub.