SON XƏBƏRLƏR

Astara rayon Heydər Əliyev Mərkəzinində 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib. Bu haqda məlumatı mərkəzin rəsmi Facebook səhifəsi verib.

Belə ki, “Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının iftixar mənbəyidir” mövzusunda keçirilən tədbir Astara Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutub. Vaqo kənd orta məktəbin şagird və müəllim kollektivinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib. Çıxış edənlər Heydər Əliyevin 35 illik rəhbərliyi dövründə Azərbaycanın yüksəlişinin, əsaslı inkişaf və quruculuq işlərinin təşəbbüskarı olması haqda fikirlər səsləndirmişlər. Sonda Qalereyanın təşkil etdiyi sərgiyə baxış keçirilib.

Digər tədbir “Ulu Öndər və gəncliyimİZ” layihəsi çərçivəsində GİKM Astara nümayəndəliyinin gəncləri ilə baş tutub. Görüşdə Astara Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova tərəfindən gənclərə Heydər Əliyevin həyat və fəaliyyəti, gənclər siyasəti və siyasi ideologiyası haqqında ətraflı məlumat verilib. Sonda isə Heydər Əliyevə həsr olunmuş qısametrajlı film izlənilib.