“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda videokonfrans keçirilib. Bu haqda məlumatı Astara rayon Gənclər və İdman İdarəsi bu gün, 15 sentyabr tarixində verib.
Videokonfrans Astara rayon Heydər Əliyev Mərkəzi, Astara rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kolleci, Astara şəhər M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı baş tutub.
Konfrans zamanı iştirakçılar Heydər Əliyevin Azərbaycan təhsilinə verdiyi tövhədən danışıblar. Hələ rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Heydər Əliyev çoxlu sayda məktəb binası tikdirib, yeni ali təhsil müəssisələri açıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib. Onun təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi.
“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə (1993-2003-cü illərdə) də bu sahəni diqqətsiz qoymayıb. Bu gündə ölkədə İlham Əliyev tərəfindən bu siyasət davam etdirilir.