SON XƏBƏRLƏR

Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin həyətindən marixuana tapılıb. Bu haqda məlumat bu gün, 7 dekabr tarixində Trend.az-da paylaşılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış zamanı Astara rayon Züngüləş kənd sakini Alim İmaməliyev narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğuna görə saxlanılıb. Onun həyətyanı sahəsindən, torpağa basdırılmış balondan 1 kq-dan çox qurudulmuş marijuana aşkarlanıb.

Əlavə araşdırmalar zamanı məlum olub ki, o həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə edib. Bəyəli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.