SON XƏBƏRLƏR

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şiyəkəran kənd 1 nömrəli tam orta məktəbinin kollektivi ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda maarifləndirici görüş təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.

Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov bildirib ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biri narkomaniyadır. Şöbə rəisi ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışıb.

Sonra çıxış edən Astara Rayon İcra Hakimiyyətinin hüquq söbəsinin müdiri Bəsti Əliyeva, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digərləri  bildiriblər ki, gələcəkdə xalqı, vətəni üçün gərəkli övlad olmaq istəyən bu günün gənci ilk növbədə zərərli vərdişlərdən, o cümlədən narkomaniyadan uzaq olmalıdır.

Tədbirin sonunda mövzu ilə bağlı videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.

 

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə