Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Siyəku kənd tam orta məktəbində “Narkomaniya və erkən nikaha yox deyək!” mövzusunda növbəti maarifləndirici görüş keçirilib. Bu haqda bu gün, 25 fevral tarixində Cenublu.az DİN-ə istinadən xəbər verir.
Çıxış edən Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev və şöbənin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Ceyhun Abdulov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı təşkilinin zəruriliyindən danışıblar. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlarla bağlı tədbir iştirakçılarına məlumat verilib.
Görüşdə, həmçinin Polis Akademiyasına kursant qəbulu qaydaları ali təhsil müəssisələrinə hazırlaşan və daxili işlər orqanlarında xidmət etməkdə həvəsində olan abituriyentlərin diqqətinə çatdırılıb.
Sonda müzakirə edilən mövzularla bağlı videoçarxlar izlənilib.