Astarada “Ümummilli lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda gənc polislərlə maarifləndirmə tədbiri və mükafatlandırma mərasimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.
Tədbirdə Astara Rayon Polis Şöbəsinin rəisi polkovnik Azər Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühavizə Orqanları Veteranları Şurasının Astara rayon təşkilatının sədri, pensiyada olan polis polkovnik-leytenantı Rafiq Əliyev çıxış ediblər.
Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda videoçarx nümayiş olunub.
Yekunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə polis xidmətində və ictimai asayişin qorunmasında fərqləndiyinə görə gənc polislər Qurbanzadə Röyal, Qurbanov Alim, Əlizadə Nihad, Əlizadə Müşviq, Əskərov Kənan Astara rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif olunublar.