SON XƏBƏRLƏR

Astarada 22 yaşlı oğlan nişanlısını bıçaqlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 yanvar tarixində Apa.az-a istinadən verir.

Hadisə rayonun Şiyəkəran kəndində baş verib. 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalibov nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyərək onun bədəninin müxtəlif nahiyələrinə 4 bıçaq zərbəsi vurub.

Ağır xəsarət alan qız təcili Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Qeyd edək ki, Mirisaq Mirtalibov Vətən müharibəsi iştirakçısı olub. Döyüşlər zamanı onun yaralandığı və barotravma (kontuziya) aldığı bildirilir. Bunu bilən qızın ailəsi bir neçə dəfə nişanı qaytarmaq istəsə də, gənc oğlan bununla razılaşmayıb və axşam saatlarında qızın valideynlərinin evdə olmamasından istifadə edərək onlara gedib və məlum cinayəti törədib.