SON XƏBƏRLƏR

Astara rayonunun Burzubənd kənd tam orta məktəbində “Erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının qarşısının alınması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarxində verir.

Tədbirdə iştirak edən müxtəlif yaş qruplarından olan valideynlərə, müəllimlərə, gənclərə və məktəblilərə erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükə barədə, yetkinlik yaşına çatmayanların işləri və hüquqları ilə əlaqədar müvafiq qanunlar haqqında ətraflı məlumat verilib, qeyd olunan problemlərə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılıb.

Qeyd edək ki, tədbir Astara Rayon İcra Hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə

Komissiya”nın təşəbbüsü ilə baş tutub.