Astara Modul Tipli Elektrik Stansiyası ərazisinin bir hissəsi yağış suları ilə dolub. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Apa.az-a istinadən xəbər verir.
Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub.
Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
Əlavə məlumat veriləcək.