SON XƏBƏRLƏR

Astaranın dağlıq kəndi yaxınlığında sərhədi pozan 2 şəxs aşkar edilib. Bu haqda bu gün, 4 fevral tarixində Cenublu.az Patrul.az-a istinadən xəbər verir.

2 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları – 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olduqları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,