SON XƏBƏRLƏR

Astarada tibbi-profilaktik və dezinfeksiya işləri aparılır. Bu haqda məlumat Astara rayon Mədəniyyət Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Dezinfeksiya işləri zamanı aşağıdakı folklor evlərində və klublarda tibbi-profilaktik və təmizlik işləri görülüb:

  • Ərçivan qələbə 2 sayli Diyarşünaslıq klubu
  • Artupa kənd Diyarşünaslıq evi
  • Sım kənd Folklor evi
  • Çayoba kənd Folklor evi
  • Burzubənd kənd Folklor evi
  • Siyəku kənd Folklor evi

Aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd rayon sakinlərini  “COVID-19” virusundan qorumaqdır. Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.