Səhiyyə Nazirliyinin Respublika Dezinfeksiya Mərkəzi Astara rayon Profilaktik Dezinfeksiya mərkəzinin əməkdaşları tərəfindən rayonda dezinfeksiya işləri aparılıb. Bu haqda məlumatı bu gün, 21 oktyabr tarixində Lənkəran Regional Mədəniyyət idarəsi paylaşıb.
Pandemiya əleyhinə mübarizə məqsədi ilə Mədəniyyət Mərkəzi, Mərkəzi Kitabxana, Astara Tarix-Diyarşünaslıq muzeyi, Astara rayon Heydər Əliyev Mərkəzi və rayon Uşaq Musiqi məktəbi xüsusi məhlullarla dezinfeksiya edilmişdir.
Bununla yanaşı kənd mədəniyyət müəssisələrində həftəsonu gigiyenik vasitələrdən istifadə etməklə mütəmadi olaraq dezinfiksiya işlərini həyata keçirilir.