SON XƏBƏRLƏR

Astara rayonu, 28 May küçəsində yerləşən restoran cərimələnib. Bu haqda məlumatı bu gün, 24 sentyabr Trend paylaşıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) keçirdiyi monitorinq zamanı fiziki şəxs İmaməliyev Sadıx İsrafil oğluna məxsus restoranda ciddi qanun pozuntuları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.