Kakalos kənd C.Cabbarlı adına tam orta məktəbdə və Uşaq-Gənclər İnkişaf Mərkəzində Covid-19 ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Bu haqda məlumatı Astara rayon Təhsil şöbəsi verib.
Tədbirlərdə iştirakçılara video-çarx nümayiş olunub və iştirakçılara Covid-19 ilə mübarizə aparmağın yolları haqda geniş məlumatlar verilib. Həmçinin, vaksinasiya ilə bağlı geniş müzakirələr aparılıb.