SON XƏBƏRLƏR

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun əməkdaşları üçün “Nəqliyyat vasitələrinin axtarışı” mövzusunda britaniyalı ekspertlərin iştirakı ilə təlim keçirilib. Bu haqda məlumatı bu gün, 23 noyabr tarixində AR Dövlət Gömrük Komitəsi verib.

Təlim Dövlət Gömrük Komitəsi (DGK) ilə Böyük Britaniyanın Sərhəd Mühafizəsi Direktoratlığının birgə həyata keçirdiyi “Hunter” layihəsi çərçivəsində baş tutub. Məqsəd yük nəqliyyat vasitələrinin təhlükəsiz və effektiv şəkildə axtarışı üzrə Böyük Britaniya təcrübəsini bölüşməkdir.

İnteraktiv qaydada keçirilən təlim nəzəri və praktiki hissələrdən ibarət olub. Astara gömrük-sərhəd buraxılış məntəqəsində keçirilən praktiki məşğələlər zamanı britaniyalı ekspertlər tərəfindən gömrük əməkdaşlarına yük nəqliyyat vasitələrinin axtarışı ilə bağlı praktiki tapşırıqlar verilib.

Sonda DGK-nin əməkdaşlarına axtarış avadanlıqları hədiyyə edilib və sertifikatlar təqdim olunub.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər